Manafla Pərvin efirdə QIRĞINA ÇIXDI: "Adını çəkin görək..."

Manafla Pərvin efirdə QIRĞINA ÇIXDI: "Adını çəkin görək..."

Müğənni Manaf Ağayev və həmkarı Pərvin Lətifov arasında efirlərin birində gərgin anlar yaşanıb.

Milli.Az xəbər verir ki, verilişə telefon zəngi ilə qatılan Manaf həmkarının ünvanına sərt sözlər deyib.

"Mən yalan söz danışmıram, dediyim sözləri arxasıdayam. Toya getmir, toy bazarında yoxdur, məcburdur, belə danışsın. Heç bir dəfə onu toyda görməmişəm, qarşı-qarşıya gəlməmişəm. İki diplom alanlar mənim yanımda toyxanada oxuya bilmirlər. Başa düşürəm, savad lazımdır, amma toy məktəbi başqa şeydir. Bunun Qazax toyu var, Şirvan, Şəmkir toyu var... 60 yaşım var, ömrümü bu toyxanalarda keçirmişəm. Mən nə danışdığımı bilirəm. "Məktəb" deyəndə niyə o dəqiqə Milli Konservatoriyanı fikirləşirsiniz?"

Pərvin Lətifov da öz növbəsində qarşı tərəfin cavabını verib:

"Diplomlulardan biri də mən. Kimin şübhəsi varsa, bu da meydan. Adını çəkin görək, oxuya bilməyən diplomlu məşhurlar kimlərdir? Toy məktəb ola bilməz. Bütün gəncliyimi akademik musiqiyə həsr etmişəm. Xahiş edirəm, qarşı tərəf buna hörmət qoysun..."

Milli.Az