Tanınmış aktyor evində bıçaqlandı - Vəziyyəti ağırdır - FOTO

Tanınmış aktyor evində bıçaqlandı - Vəziyyəti ağırdır - FOTO

"Yeşilçam" sənətçisi, aktyor Mehmet Serdar Sulukahya evində bıçaqlanıb.

Milli.Az haberler-ə istinadla xəbər verir ki, "Yeşilçam"ın unudulmaz adları ilə eyni səhnəni paylaşan təcrübəli aktyor Mehmet Serdar Sulukahya ötən axşam İstanbulun Beşiktaşdakı evində bıçaqlı hücuma məruz qalıb.

Əldə edilən məlumata görə, uzun müddətdir Hollandiyada yaşayan və arabir İstanbula gələn və Beşiktaşdakı evində qalan Sulukahya ötən gün sosial şəbəkədə tanış olduğu qadını evinə dəvət edib. İddialara görə, evə gələn qadınla aktyor arasında naməlum səbəbdən mübahisə düşüb.

Mübahisə böyüyüb və gənc qadın Mehmet Serdar Sulukahyanın bədəninin müxtəlif nahiyələrinə bıçaq zərbələri endirib və daha sonra hadisə yerindən qaçıb. 

(function(containerId) { if (typeof window.loadAdVideoZL === 'undefined') { window.loadAdVideoZL = new Promise((resolve, reject) => { import('/vast_test/main.js?20241023005') .then(module => { window.initAdVideoZL = module.default; resolve(window.initAdVideoZL); }) .catch(reject); }); } window.loadAdVideoZL.then((initAdVideoZL) => { initAdVideoZL(containerId); }); })('ad-video-container-68304738ad78d');

60 yaşlı sənətçinin səhhətinin ağır olduğu bildirilib. Hadisə ilə bağlı araşdırmalar davam edir.

Qeyd edək ki, aktyor Mehmet Serdar Sulukahya "Beyaz Ölüm" , "Hülyam" , "Yakalayacak Kadın" kimi filmlərdə rol almış, Tarık Akan, Fatma Girik və Ahu Tuğba kimi məşhur adlarla çalışmışdı.

Fidan
Milli.Az