Sibel Can bu tanınmışla evlənib? - FOTO

Sibel Can bu tanınmışla evlənib? - FOTO

Türkiyəli məşhur müğənni Sibel Canın yenidən ailə qurduğu ilə bağlı iddialar sosial mediada geniş müzakirələrə səbəb olub.

Milli.Az Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçinin siyasətçi Emir Sarıgüllə evləndiyi iddiası gündəmə bomba kimi düşüb. Lakin yayılan bu məlumatın həqiqəti əks etdirmədiyi daha sonra ortaya çıxıb.

Bildirilir ki, 55 yaşlı sənətçi haqqında evlilik xəbərləri yayıldığı vaxtda konsert proqramı üçün səhnəyə çıxmağa hazırlaşırmış.

Qeyd edək ki, Sibel Can 1988-1999-cu illərdə aktyor Hakan Ural ilə evli olub. Bu evlilikdən onun Engincan və Melisa adlı iki övladı dünyaya gəlib. Daha sonra, 2000-ci ildə podratçı Sulhi Aksüt ilə ailə qurub və bu münasibətdən Emir adlı bir oğlu dünyaya gəlib. Lakin cütlük qısa müddət sonra yollarını ayırıb.

Milli.Az