Tanınmış müğənninin ölüm xəbəri yayıldı - FOTO

Tanınmış müğənninin ölüm xəbəri yayıldı - FOTO

2021-ci ildə döş xərçəngini məğlub edərək sağlamlığına qovuşan türkiyəli müğənni Şimal bu dəfə beynində aşkarlanan şiş səbəbilə reanimasiyada həyat mübarizəsi aparır.

Milli.Az haberler-ə istinadla xəbər verir ki, müğənninin vəziyyətinin ağırlaşmasından sonra sosial şəbəkələrdə ölüm xəbərləri yayılıb. Lakin Şimalın həyat yoldaşı Necati Arıcı bu iddialara aydınlıq gətirərək yayılan məlumatları qəti şəkildə təkzib edib:

"Həyat yoldaşımın vəziyyəti kritikdir. Ancaq sosial mediada yayılan ölüm xəbəri doğru deyil. Lütfən, təsdiqlənməmiş məlumatlara inanmayın," - deyə Arıcı bildirib.

Xatırladaq ki, Şimal 2021-ci ildə döş xərçəngi diaqnozu almış, uzunmüddətli müalicədən sonra sağlamlığına qovuşduğunu açıqlamışdı. 2024-cü ildə aparılan rutin müayinələr zamanı isə beynində şiş aşkarlanıb. 8 saatlıq beyin əməliyyatı sonrası vəziyyəti stabilləşmişdi, lakin son həftələrdə səhhətində yenidən pisləşmə qeydə alınıb.

Şimalın yaxınları və pərəstişkarları bu çətin dövrdə ona dəstək olmağa davam edirlər.

Milli.Az