Rihannanın atası Ronald Fenti 70 yaşında qısa müddətli xəstəlikdən sonra vəfat edib.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Rihanna'nın atası Ronald Fenty 70 yaşında vəfat edib.
Hal-hazırda hamilə olan və üçüncü övladını gözləyən Rihanna 1988-ci ilin fevral ayında Fenty və anası Monika Breytveytin ailəsində dünyaya gəlib.
İlk olaraq xəbəri yayan Starcom Network (Rihannanın vətəni Barbadosda yerləşən media qurumu) bildirir ki, Fenty Los-Ancelesdə "qısa müddətli xəstəlikdən" sonra dünyasını dəyişib. Onun ölüm tarixi və dəqiq səbəbi hələ ki açıqlanmayıb.
(function(containerId) { if (typeof window.loadAdVideoZL === 'undefined') { window.loadAdVideoZL = new Promise((resolve, reject) => { import('/vast_test/main.js?20250529001') .then(module => { window.initAdVideoZL = module.default; resolve(window.initAdVideoZL); }) .catch(reject); }); } window.loadAdVideoZL.then((initAdVideoZL) => { initAdVideoZL(containerId); }); })('ad-video-container-683c24d2d4e84');Mənbələrin verdiyi məlumata görə, Fenty vəfat edərkən ailəsi onun yanında olub.
Lalə Qüdrətova
Milli.Az