Türkiyə istehsalı reytinqli "Uzak şehir" serialında Fidan Albora obrazını canlandıran aktrisa İlkay Kayku Atalayın real həyatdakı tərzi ilk dəfə görənləri təəccübləndirib.
Milli.Az xəbər verir ki, serialın mövsüm finalının qeyd edildiyi gecəyə qatılan aktrisa döymələri ilə diqqət çəkib. İzləyicilər Fidan obrazının reallıqdakı görünüşünü qəbul edə bilməyiblər. Videoya "Kaş Fidanı real vəziyyətdə görməzdik" kimi rəylər gəlib.
Milli.Az