Rusiyanın tanınmış aktyoru Konstantin Şelestun 50 yaşında vəfat edib.
Milli.Az xəbər verir ki, o, 4 iyun 2025-ci ildə ürək tutmasından dünyasını dəyişib. Bildirilib ki, Şelestun iki dəfə infarkt keçirib. Aktyorun ölüm xəbəri teatr ictimaiyyətində dərin hüznlə qarşılanıb.
Konstantin Şelestun Sankt-Peterburqun Kiçik Dram Teatrının aktyoru olub. O, "Bandytskiy Peterburq", "Mentsovskie voynı", "Ulicı razbityx fonarey" kimi tanınmış seriallarda rol alaraq tamaşaçılar arasında populyarlıq qazanmışdı. Aktyorun həm teatr, həm də televiziya sahəsindəki fəaliyyəti sənət ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilirdi.
İsmayıl
Milli.Az