“Uşağım əcəb edib” - Nərminlə fotoqraf arasında dava

“Uşağım əcəb edib” - Nərminlə fotoqraf arasında dava

Tanınmış fotoqraf Kelvin Qasımov antikvar avtobusunu müğənni Nərmin Kərimbəyovanın qızının zədələdiyini iddia edib.

OLAY yazır ki, bu barədə Kelvin özü məlumat yayıb. O bildirib ki, ölkədə 1 ədəd olan “Ford MK 2” antikvar avtobusu Nərminin qızı yazıb və sındırıb.

Hətta fotoqraf kamera görüntülərini də təqdim edib:

“Anası deyir, hüquqşünasam, tanınmış müğənniyəm, uşağım əcəb edib. Tərbiyə verə bilmədiyi qızı məhəlləni biabır edib. Qızının oxuduğu məktəbə qədər gedəcəm, özünün də məhkəmədə sürünməyinə qədər davam edəcəm. Mən 1 həftədir gözləyirəm ki, bir dəfə belə üzr istənilmədi. Uşaqdır, yaxşı edib, deyildi. Sən və həyat yoldaşım bunun cavabını verəcəksən. Mən bizim müğənnilərin 90% lə bir layihələrdə çalışmışam. Əksəriyyəti ilə dostam, 20 ildir fotoqrafam, mən yaradıcı adamın belə olmağını görməmişəm. Adam belələrinin bizim sənətin necə deqradasiyaya apardığını gözləri ilə görür və üzülür. Adamlar uşaq doğur nəzarət eləməməkləri bir yana, mən bu adamı heç tanımırdım,5 gündür efirə çıxmaqla ulduz olduğunu zənn edib, insanlara istədiyini edəcəyini zənn edənə demək istəyirəm ki, səhnə sənin kimiləri qəbul etmir. Söhbət 10 gündür olub, üzr istməyib, məbləğin minumunu təklif edir. Sən mənə cavab verəcəksən”.