Əməkdar artist Elnarə Abdullayeva açıqlaması ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, sənətçi onun geyiminə ilişən izləyicilərin cavabını verib.
Muğam ifaçısı bu sözlərlə etirazını bildirib:
"Dəfələrlə eyni libası geyinirəm, Deyirlər ki, bundan başqa paltarı yoxdur. Mənə baxırsan bax, baxmırsansa, başqa yerə çevir. Sənətinim sənə lazım olsun. Ömür boyu qaloş geyinə bilən adamam. Kiminsə deməyi ilə onun-bunu cibinə girib, bahalı ayaqqabı geyinə bilmərəm.
Mənim qaloşum var, bəsimdir. O qədər acizləşmişik ki, oxuyanlara sataşmağa başlayırıq. Bu, nə deməkdir?!".
Hüseyn
Milli.Az