Venesiyada “ilin toyu” - Məşhurlar axın etdi - FOTO

Venesiyada “ilin toyu” - Məşhurlar axın etdi - FOTO

"Amazon"un qurucusu, ABŞ milyarderi Jeff Bezos və jurnalist Lauren Sanchez İtaliyanın Venesiya şəhərində baş tutan möhtəşəm mərasimlə evləniblər.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, 61 yaşlı Bezos və 55 yaşlı Sanchezin "ilin toyu" adlandırılan mərasimi Venesiyanın San Giorgio adasında, ciddi təhlükəsizlik tədbirləri altında keçirilib. Toyda İvanka Tramp, Kim Kardaşyan, Leonardo Di Kaprio, Orlando Blum, Oprah Uinfri, Bill Qeyts və Robert Pattinson kimi dünya şöhrətli şəxslər iştirak ediblər.

  • Toyuna görə bütün şəhəri bağladı - Xalq ayağa qalxdı

Toy mətbuata qapalı olsa da, Lauren Sanchez sosial şəbəkədə soyadını "Bezos" olaraq paylaşaraq evləndiklərini təsdiqləyib.

İtaliya mətbuatının yazdığına görə, mərasimə qatılmaq üçün Marko Polo hava limanına 90-a yaxın şəxsi biznes təyyarəsi enib. Cütlük qonaqlardan hədiyyə əvəzinə xeyriyyə məqsədilə Venesiyada ianə etmələrini xahiş edib.

Toyun yeməklərində isə Şimali İtaliyada keçirilməsinə baxmayaraq, Cənubi İtaliya mətbəxi üstünlük təşkil edib.

Bezosun bu toy üçün təxminən 20-30 milyon avro xərclədiyi bildirilir. Forbes-ə görə, 215 milyard dollarlıq sərvəti ilə o, dünyanın üçüncü ən varlı adamıdır və bu xərc onun şəxsi maliyyə yükündə ciddi dəyişiklik yaratmayıb.

Toy, Venesiyada yerli sakinlər və ekoloji fəallar tərəfindən də tənqid olunub. 

Fidan
Milli.Az