“45-i keçən üzgərmə edir, çıxır TikTok-a...”

“45-i keçən üzgərmə edir, çıxır TikTok-a...”

Qadınların pensiya yaşının 6 ay artırılıb 64 yaş 6 ay olması sosial şəbəkələrdə müzakirə yaradıb.

OLAY yazır ki, bir sıra məşhurlar da bu məsələyə münasibət bildirib.

Belə ki, “show_news” səhifəsində xəbərə reaksiya verən şairə Nazilə Səfərli qərara dəstək verib:

“Düz edirlər, 45-i keçən üzgərmə edir, çıxır TikTok-a. Onlar da görür ki, bu hələ özü qazana bilər. Qalanlar da onların oduna yandı”.

Aparıcı Zemfira Adıgözəlova isə 50 yaşdan sonra insanların işə düzələ bilmədiyini yazıb:

“Adamlar 50 yaşdan o tərəfə işə düzələ bilmir. Heç yerdə işə götürmürlər. 15 il gözləməlidir ki, pensiya alacaq”.

Müğənni Günel Ələkbərova məsələyə irad bildirərək bunları qeyd edib:

“Əla... 80 yaşında versinlər, “kim qaldı o da aldı” kampaniyasından silsilələr. Allaha pənah. Əslində bu gözəl təşəbbüs insanların uzunömürlü olması üçündür. Bəlkə pensiya puluna görə dirənib ölməzlər” deyə, şərhdə yazıb”.