“Oskar” mükafatlı rejissor Kristofer Nolanın yeni filmi “Odissey”in ilk fraqmenti internetə sızdırılıb.
OLAY yazır ki, baş rolda Mett Deymonun yer aldığı filmə aid görüntülər qısa zamanda sosial mediada gündəm olub.
Fraqmentin rəsmi olaraq “Universal” imzası daşıyan “Jurassic World: Rebirth” filminin nümayişi ilə paralel olaraq yalnız kinoteatrlarda yayımlanması planlaşdırılsa da, salonda lentə alınan kadrlar internetdə yayılıb.
70 saniyəlik fraqmentdə Deymon tərəfindən canlandırılan Odisseus, onun oğlu Telemakus (Tom Holland) və Con Bernthalın canlandırdığı sirli bir obraz qısa olaraq göstərilir.
“Odiessey”in aktyor heyəti də diqqət çəkir. Tom Holland, Zendaya, Ann Heytevey, Robert Pettinson və Lupita Nyonqo kimi tanınmış simalara, son olaraq “Oppenheimer” filmində fizikaçı Edvard Teller rolunu ifa edən Benny Safdi və “X”, “Pearl”, “Blade”, “Infinity Pool”, “Emma” kimi filmlərlə tanınan britaniyalı aktrisa Mia Qot da qoşulub.
Gözlənilən epik film 17 iyul 2026-cı il tarixində IMAX formatında kinoteatrlarda nümayiş olunacaq.