Məşhur reperin vizası ləğv edildi

Məşhur reperin vizası ləğv edildi

Avstraliya hökuməti amerikalı reper Kanye Uestin vizasını ləğv edib.

Milli.Az xəbər verir ki, Uestinin "Heil Hitler" mahnısını nasizmi təbliğ etdiyinə görə vizanın ləğv edildiyini açıqlayıb. Reperin həyat yoldaşı Byanka Senzorinin avstraliyalı olması səbəbindən ölkəyə gəldikləri bildirilib.

48 yaşlı Uestin bu mahnını mayın 8-də II Dünya Müharibəsinin 80-ci ildönümündə yayımlayıb və çoxsaylı platformalarda bloklanıb. Eyni zamanda, məşhur idman markası onunla əməkdaşlığı dayandırıb.

Qeyd edək ki, Kanye Uest və həyat yoldaşı Byanka Senzori tez-tez qeyri-adi davranışları ilə diqqət çəkirlər. Onlar bu ilin əvvəlində "Qremmi" mükafatlandırma mərasimindən Byankanın çılpaq geyimi səbəbindən qovulmuşdular.

Asya
Milli.Az