Foto model və müğənni Müjgan Ayxan maraqlı etiraf edib.
Milli.Az xəbər verir ki, sənətçi həmkarı Aysun İsmayılovanın ilk əri Eşqin Cəlilovdan danışıb.
Bir müddət əvvəl aralarındakı eşq xəbərlərinə aydınlıq gətirən Müjgan bunları deyib:
"Əslində həmin ərəfədə yalan danışmayım, il yarım idi ki, ölkədə yox idim. Ən trenddə olan müğənni bu müddətdə efirdə olmasa, unudulur. Halbuki, hər gün toya-məclislərə gedirlər. Mən isə getməyən ifaçıyam.
Başım şəxsi həyata qarışmışdı. O vaxt Eşqinin də, mənim də reklama ehtiyacım vardı. Etiraf edirəm ki, piar idi".
Musa
Milli.Az