Hadise qırışları ilə bağlı sosial mediada yazılan tənqidlərə cavab verib.
OLAY yazır ki, sənətçi bu barədə instaqramda paylaşım edib:
“Arıqlayarıq, qınayırlar. Kökəlirik, yenə qınayırlar. Filtrdən istifadə edirik, “gerçək deyil” deyirlər.
Qırışlarımızı göstəririk, “qocalmısan” deyirlər. Qadın olmaq – hər halınla mühakiməyə açıq olmaq deməkdir deyə düşünürlər.
Amma mən heç vaxt bu qaydalarla yaşamadım. Nə səhnədə, nə aynada. Bu foto da mənimdir, qırışlarım da. Sözüm də, bədənim də, səhnəm də – hamısı mənimdir. Və bu azadlığı heç kimə izah etməyə borclu deyiləm. Qorxmadım. Qorxmaram. Qorxuda bilməzsiniz”.