Bu ölkədə teleqram bloklanacaq

Bu ölkədə teleqram bloklanacaq

Nepal hökuməti ölkədə teleqrama girişi məhdudlaşdırmaq əmri verib.

OLAY yazır ki, bu haqda Nepal Telekommunikasiya İdarəsinin rəsmi bildirişində qeyd olunub.

Qərar platformanın onlayn fırıldaqçılıq və çirkli pulların yuyulması üçün istifadə edilməsi ilə bağlı qeydə alınmış hallarla əlaqədardır.

Telekommunikasiya operatorlarına məhdudlaşdırıcı tədbirləri dərhal həyata keçirmək tapşırılıb.

Təşəbbüs baş nazirin ofisi və təhlükəsizlik orqanları ilə razılaşdırılıb.