Xankəndidə doğulan Xalq artistinin həsrəti bitir - VİDEO

Xankəndidə doğulan Xalq artistinin həsrəti bitir - VİDEO

Azərbaycan kubokunun 1/8 finalı çərçivəsində sabah Xankəndidə "Qarabağ" - MOİK matçı keçiriləcək.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, qarşılaşmayla bağlı hazırlıq işləri yekunlaşıb. Komandalar və fəxri qonaqlar məskunlaşmaq üçün bu gün Şuşaya üz tutublar. Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Füzuliyə yollanacaq heyət daha sonra Şuşaya üz tutacaq.

Xankəndidəki matçı izləyəcək şəxslər arasında bu şəhərdə dünyaya gələn aktyor, Xalq artisti Fəxrəddin Manafov da var. O, səfəröncəsi təəssüratlarını "İctimai Televiziya" ilə bölüşüb:

"Hisslər... Sözlər acizdir. Sözlə o hissləri demək mümkün deyil. Nəinki bu oyunun. Qarabağla bağlı nə varsa, hamısının böyük əhəmiyyəti, bizim üçün həyatı mənası var. Mən son dəfə Qarabağdan 55 il əvvəl 14 yaşımda çıxmışam. Şuşada olmuşam, dəfələrlə gedib-gəlmişəm. Amma Xankəndidə belə bir möhtəşəm gün... Bu, yəqin ki, hər kəsin həyatında olmur. Xankəndidə doğulan şəxs kimi doğma stadionda bağlı olduğumuz "Qarabağ"ın - qardaşım Qurban Qurbanov və ordusunun ordumuzun komandasıyla görüşünə baxacağıq. Hissləri demək çətindir".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun