Castin Timberleyk zəif konsert performansları ilə bağlı tənqidlərə cavab verib.
Milli.Az xəbər verir ki, amerikalı müğənni Castin Timberleyk sosial şəbəkədə paylaşım edərək Lyme xəstəliyindən əziyyət çəkdiyini bildirib.
44 yaşlı sənətçi uzun müddətdir səhhətində ciddi problemlər yaşadığını və bu səbəbdən səhnə performansının da təsirləndiyini etiraf edib.
Timberleyk qeyd edib ki, xəstəliyin simptomları güclü nevralgik ağrılar, yorğunluq və əqli bulanıqlıq onun konsert zamanı çətinliklərlə üzləşməsinə səbəb olub:
"Mən bu haqda sizə yazığınız gəlsin deyə yox, vəziyyətin ciddiliyini anlamağınız üçün danışıram. Əgər Laym xəstəliyi ilə tanışsınızsa, bilirsiniz ki, bu, insanı həm əqli, həm də fiziki cəhətdən tamamilə tükədə bilər", - deyə müğənni bildirib.
Timberleykin etirafı hazırda davam edən dünya turnesi fonunda gəlib.
Qeyd edək ki, o, son aylarda zəif çıxışlarına görə tənqid olunurdu. Tamaşaçılar onun ifalarına marağın azaldığını, konsertlərə isə qeyri-ciddi yanaşdığını iddia edirdilər.
(function(containerId) { if (typeof window.loadAdVideoZL === 'undefined') { window.loadAdVideoZL = new Promise((resolve, reject) => { import('/vast_test/main.js?20250529001') .then(module => { window.initAdVideoZL = module.default; resolve(window.initAdVideoZL); }) .catch(reject); }); } window.loadAdVideoZL.then((initAdVideoZL) => { initAdVideoZL(containerId); }); })('ad-video-container-688c902cbbdfc');Müğənni isə bildirib ki, turu dayandırmaqla davam etdirmək arasında seçim qarşısında qalıb:
"Bu sevinc hissi bədənimin ağrısından daha güclü oldu. Davam etdiyim üçün peşman deyiləm. Səhnədə yaşadığım o anlar ömrümün ən dəyərlilərindən idi", - deyə Timberleyk vurğulayıb.
Xatırladaq ki, Castin Timberleyk Lyme xəstəliyini ictimai şəkildə etiraf edən ilk məşhur deyil. Daha əvvəl Avril Lavigne, Castin Biber və Şaniya Tveyn də bu diaqnozla mübarizə apardıqlarını açıqlamışdılar.
Lyme xəstəliyi əsasən gənə sancması nəticəsində yoluxur və qızdırma, səpki, oynaq və əzələ ağrıları ilə müşayiət olunur. ABŞ-də son illər bu xəstəliyi daşıyan gənələrin artımı müşahidə edilir ki, bu da qlobal iqlim dəyişikliyi ilə əlaqələndirilir.
Aysel Əkbər
Milli.Az