Rahidə efirdə AĞLADI: "15 yaşımdan..." – VİDEO

Rahidə efirdə AĞLADI: "15 yaşımdan..." – VİDEO

"Ailədə 4 uşaq - 2 bacı, 2 qardaş olmuşuq. Qardaşlarım gənc yaşlarında vəfat ediblər. Yalnız mənəm və bacım. Bacım yaşca məndən kiçikdir. O da ailə həyatı qurub. Evin böyük övladı mən olmuşam. Bütün yük mənim üzərimə düşüb. Həyat elə gətirib ki, 15 yaşımdan pul qazanmağa başlamışam". 

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Rahidə Baxışova qonaq olduğu "İncə səhər " verilişində deyib. 

Sənətçi şəxsi və səhnə həyatında üzləşdiyi çətinliklərdən danışaraq, göz yaşlarına boğulub: 

"Bu yaşıma kimi həyatda o qədər çətinliklər görmüşəm ki... Elə məqamlarla rastlaşmışam ki, deyiləsi belə deyil. Amma o çətinliklərdən elə çıxmışam ki... Allah heç kimə o çətinlikləri yaşatmasın. İndi ifaçı olub səhnəyə çıxmaq asandır. Anamın qardaşları olsa da, o hər zaman tək olub". 

Valideynlərinin boşandığını söyləyən Rahidə ata sevgisi ilə böyümədiyini və bundan travma aldığını dilə gətirib: 

"Bu, mənim atamdır. Əgər o bizi atmış olsaydı, heç zaman bunu deməzdim ki, o mənim atamdır. Çünki ata heç zaman övladlarını atmaz. Çox ailələr görmüşük, içi mən qarışıq, ayrılmışıq. Ayrılıq, boşanmalar hər bir insanın həyatında ola bilər. Amma ananın ata ilə boşanmasına övladın heç bir əlaqəsi olmalı deyil. Əgər valideynlər boşanırlarsa, övladlarınıza sahib çıxın və sevgi verin. Qız uşaqları ata sevgisi görməsə, bu, gələcəkdə onun üçün çox böyük travmadır. O, gələcək həyatında seçim etməkdə çox əziyyət çəkəcək. Hər kəsə inanacaq... Necə ki, mən yanlış seçim etdim (ailə qurması nəzərdə tutur - red.). Çünki elə bilmişik ki, bu, təmiz və doğru sevgidir". 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun