Türkiyədə yayımlanan "Aile" serialı finala çıxır.
Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, məşhur aktyorlar Serenay Sarıkaya və Kıvanç Tatlıtuğun baş rollarını canlandırdığı ekran işi 30-cu bölümlə yekunlaşır. Bu səbəbdən də bəzi aktyorlar tədricən layihəni tərk edəcəklər.
Xatırladaq ki, "Aile" ilk dəfə bu lin martın 7-də tamaşaçılara təqdim olunub. Dram janrlı serialın ssenari müəllifləri Hakan Bonomo və Ali Kobanbaydır.
Sujet xəttində varlı ailənin oğlu Aslan Soykanla psixoloq Devin Akının eşq hekayəsindən bəhs edilir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun