Azərbaycanlı şair küçədə ölü tapıldı

Azərbaycanlı şair küçədə ölü tapıldı

Şair, jurnalist Kəramət Şükürov küçədə ölü tapılıb.

OLAY yazır ki, bu barədə “Qobustan” dərgisinin əməkdaşı, yazıçı Oqtay Əhmədov sosial şəbəkədəki hesabında bildirib.

Kəramət Şükürovun vəfat səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Kəramət Rza oğlu Şükürov 1 dekabr 1957- ci ildə Masallı rayonunun Göyçöl kəndində anadan olub.