Məşhur türkiyəli aktyorlar Fahriye Evcen və Burak Özçivitin boşanmasını iddia edən xəbərlər yayılıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu iddiaların yaranmasına səbəb isə aktrisanın sosial şəbəkə hesabında Özçivit soyadını silməsi olub.
Məlumata görə, ayrılıq dedi-qodularının yayılmasından saatlar sonra aktrisa yenidən Özçivit soyadını hesabına əlavə edib.
Məşhur cütlük boşanma şayiələri ilə bağlı hələlik heç bir açıqlama verməyib.
(function(containerId) { if (typeof window.loadAdVideoZL === 'undefined') { window.loadAdVideoZL = new Promise((resolve, reject) => { import('/vast_test/main.js?20250529001') .then(module => { window.initAdVideoZL = module.default; resolve(window.initAdVideoZL); }) .catch(reject); }); } window.loadAdVideoZL.then((initAdVideoZL) => { initAdVideoZL(containerId); }); })('ad-video-container-689db3c4987ce');Qeyd edək ki, Fahriye Evcen və Burak Özçivit "Çalıkuşu" serialının çəkilişləri zamanı sevgili olub. Onlar 2016-cı ildə ailə həyatı qurub. Cütlüyün 2019-cu ildə Karan, 2023-cü ildə isə Kərəm adlı övladları dünyaya gəlib.
Milli.Az