Xərçəng xəstəliyindən əziyyət çəkən Britaniya kralı III Çarlzın səhhəti son aylarda kəskin şəkildə pisləşib.
OLAY yazır ki, bu haqda “Radar Online” portalına adı açıqlanmayan mənbələrdən məlumat daxil olub.
“Əsa sadəcə kral üçün ənənəvi aksesuar deyil, zərurətə çevrilib”, - deyə mənbə izah edib.
Nəşr qeyd edir ki, Britaniya monarxı Norfolkdakı malikanəsinin ətrafında hərəkət etməkdə çətinlik çəkir. Onun xəstəliyin yaratdığı ağrıları yüngülləşdirmək üçün spirtli içkilərdən istifadə etdiyi bildirilir.