İşlənmiş kosmetikalarını satdığı deyilən Aynişandan iradlara CAVAB - Yenilənib - FOTO

İşlənmiş kosmetikalarını satdığı deyilən Aynişandan iradlara CAVAB - Yenilənib - FOTO

İnfluenser Aynişan Quliyeva ikinci əl kosmetika məhsullarını satışa çıxarması ilə bağlı iddialara səssiz qalmayıb.

Milli.Az xəbər verir ki, bu barədə o, instaqram hesabında paylaşım edib:

"Dünəndən bəri paylaşımlarınızı görürəm və bəli, sizi başa düşürəm, haqlı olduğunuz yer var. Ümumiyyətlə bu vəziyyəti şərh etmək istəmirdim, amma gördüm ki, məsələ çox böyüdü, ona görə danışmaq qərarına gəldim. Əlbəttə ki, mən də bilirəm ki, işlənmiş kosmetikanı satmaq olmaz. Bu, gənc bir xanımın (asistentimin) diqqətsizliyi idi və mən də onu vaxtında fərq etmədim, fərq etdiyim an isə dərhal dayandırdım. Nəticədə həmin məhsullar heç kimə satılmadı. Rahat ola bilərsiniz".

---------------

2025.08.21

(function(containerId) { if (typeof window.loadAdVideoZL === 'undefined') { window.loadAdVideoZL = new Promise((resolve, reject) => { import('/vast_test/main.js?20250529001') .then(module => { window.initAdVideoZL = module.default; resolve(window.initAdVideoZL); }) .catch(reject); }); } window.loadAdVideoZL.then((initAdVideoZL) => { initAdVideoZL(containerId); }); })('ad-video-container-68a83fbca7638');

Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyeva paylaşımı ilə tənqid edilib. 

Milli.Az xəbər verir ki, Aynişan işlətdiyi kosmetik vasitələrinin bəzisini satışa çıxarıb. Onun paylaşımı arasında dodaq boyaları, kirpik üçün tuş yer alıb. 

Blogerin bu addımı isə sosial şəbəkədə müzakirələrə səbəb olub. Bir çoxları bunu tənqid ediblər. Belə ki, insanlar işlənmiş kosmetik vasitələrin satılmasının gigiyenik olmadığını yazıblar. 
 

Milli.Az