Azərbaycanlı müğənni xəstəxanaya YERLƏŞDİRİLDİ - FOTO

Azərbaycanlı müğənni xəstəxanaya YERLƏŞDİRİLDİ - FOTO

Vətən müharibəsi zamanı patriotik mahnıları ilə məşhurlaşan müğənni Rövşən Binəqədili xəstəxanaya yerləşdirilib.

Milli.Az xəbər verir ki, AZXEBER.COM sənətçinin səhhəti ilə bağlı məlumat almaq üçün onun prodüseri Məmməd Məhərrəmov ilə əlaqə saxlayıb.

Prodüser sənətçinin sağlamlığında ciddi problemlərin olduğunu və əməliyyat keçirdiyini açıqlayıb:  

"Rövşən bəy bir müddətdir sağlamlığı ilə bağlı ciddi problemlər yaşayır. Mədə xorasından əziyyət çəkir. Eyni zamanda bağırsaqlarında da ciddi narahatlıq var. Əməliyyat olunub, amma 6 ay müddətində müalicəsi davam etməlidir".

Məmməd Məhərrəmov sənətçinin eyni zamanda astma xəstəliyindən də əziyyət çəkdiyini bildirib.

Milli.Az