Köhnə dostlar yenidən bir arada...

Köhnə dostlar yenidən bir arada...

Türk musiqisinin sevilən səslərindən olan Mahsun Kırmızıgül, Özcan Deniz və Alişan illər sonra bir arada görüntülənib.

OLAY yazır ki, onlar çətin günlər yaşayan Özcana dəstək olublar. Sənətçilərin fotosunu Özcanın həyat yoldaşı Samar Dadqar paylaşıb. 90-cı illərdə Türkiyənin ən güclü musiqi şirkəti olan “Prestij Müzik” sənətçilərinin bu görüntüləri onların dinləyicilərində nostalji hisslər yaradıb.