31 yaşlı məşhur aktrisa Hande Erçel və iş adamı Hakan Sabancı cütlüyü yenə də magazin gündəminin mərkəzindədir.
OLAY yazır ki, son aylarda onların ayrıldığı barədə iddialar ortaya atılsa da, cütlük bu xəbərləri təkzib edərək sevgilərinin davam etdiyini bildirmişdi. Onlar son olaraq İtaliyada tətilə çıxmış, ard-arda paylaşdıqları fotolar minlərlə “like” toplamışdı.
Lakin avqustun əvvəlində münasibətdə yeni gərginliklər yaşanıb. Hande Erçel gözlənilmədən instaqramdan Hakan Sabancı ilə olan fotolarını silib.
“Gel Konuşalım” proqramında aparıcı Ece Erken ayrılığın pərdəarxası səbəblərini açıqlayıb:
“Avqustun əvvəlindən araları yaxşı deyildi. Hande Erçel bacısı ilə tətildə olanda onlar artıq ayrı idilər, sadəcə gözlədilər. Səbəb isə evlilikdir. Hande artıq evlilik barədə danışmaq istəyir, Hakan da evlilik istəyir. Bəlkə də məhz bu səbəbdən Arzu Sabancı (Hakanın anası) bu münasibəti istəmir.”