Fəxri mükafatlar onlara veriləcək

Fəxri mükafatlar onlara veriləcək

22–28 sentyabr 2025 tarixlərində keçiriləcək 32-ci Beynəlxalq Adana Altın Koza Film Festivalının Fəxri mükafatlarının veriləcəyi simalar açıqlanıb.

OLAY yazır ki, bu il mükafatlar, Türkiyə kinosunda cəmiyyət yönümlü filmlərdə canlandırdığı güclü qadın obrazları ilə yadda qalan Meral Orhonsaya, kino ilə yanaşı televiziya sahəsində də aktyorluğu və sənətkar duruşu ilə tanınan Mehmet Aslantuğa veriləcək.

Fəxri Mükafatları 25 sentyabr cümə axşamı baş tutacaq xüsusi mərasimdə sahiblərinə təqdim ediləcək.