Fələstin əsilli supermodel Bella Hadid yeni sevgilisi Adan Banuelos ilə Nyu-Yorkda görüntülənib.
Millli.Az bizim.media-ya istinadən xəbər verir ki, cütlük idman zalından çıxarkən paparazzilərin obyektivinə tuş gəlib.
Fotoqraflara gülümsəyən 27 yaşlı model üzərində qara idman kostyumu, əlində isə 2000-ci illərdə məşhur olan "Von Dutch" brendinin qırmızı çantası olub. Bella günəş eynəyi və dəbdə olan baş bandı taxıb.
Qeyd edək ki, Bella Hadid bir neçə aydır ki, ictimaiyyət qarşısına çıxmır və Layme xəstəliyinin kəskinləşməsi səbəbindən modellik karyerasına fasilə verib. Cici Hadidin kiçik bacısı sosial şəbəkələrdə yalnız ara-sıra şəkillər dərc edərək sağalma prosesindən danışıb, narkotik asılılığının müalicəsi ilə bağlı şayiələri isə təkzib edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun