"Xəyalımdakı Yeni ili qeyd etmək üçün bu il Laplandiyanı seçərdim".
Bu sözləri gerçəkləşməsini çox istədiyi yeni il arzusu haqda danışan Türkiyədə yaşayan azərbaycanlı müğənni Sevinc Ağaşirinova Yenicag.az-a açıqlamasında deyib.
O, gələn ilin rəmzi olan "əjdaha"dan gözləntilərini də açıqlayıb:
"Baxmayaraq ki soyuğu sevmirəm, amma bayramlar içərisində ən çox sevdiyim Yeni il bayramıdır. Bu günə qədər xəyalımda olan yeni il gecələrini istədiyim ölkələrdə qeyd etmişəm.
Amma xəyallar bitib-tükənmir. Xəyalımdakı Yeni ili möhtəşəm şəkildə qeyd etmək üçün bu il fantastik gözəlliyə malik Laplandiyanı seçərdim. Qarın içərisində yeni ili keçirmək istəyərdim. Lakin bunun üçün ən azı 50 min dollar lazımdır.
Qarşıdan gələn Əjdaha ilinə böyük ümidlərim var. Qüdrətli, güclü, xəyalları gerçək edən Əjdaha yəqin ki mənə xoş sürprizlər hazırlayıb".
Sevinc bütün dünyada ən gözəl yeni il şəniklərinin keçirildiyi ölkənin elə Azərbaycan olduğunu bildirib:
"Ən gözəl yeni il şölənləri Azərbaycanda keçirilir. Türkiyədə yeni il bayramı o qədər də təmtəraqla qeyd olunmur. Heyf ki yeni ildə Azərbaycana gələ bilməyəcəm. Türkiyədə "dovşan"ı yola salıb, "əjdaha"nı qarşılayacam".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun