Türkiyəli məşhur müğənni Melek Mosso əridən ayrılıb.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, bu barədə özü məlumat verib.
Hhəyat yoldaşı Serkan Sağdıçdan boşanan sənətçi bunları deyib:
"2 ildən çoxdur ki sevgi və hörmət ilə davam etdirdiyimiz evliliyimizi fikir ayrılıqları səbəbi ilə sonlandırmağa qərar verdik. Bundan sonra da bir-birimizə dəstək olmağa və gözəl xatirələrlə xatırlamağa davam edəcəyik. Göstərdiyiniz anlayış və hörmət üçün təşəkkür edirik".
Milli.Az