“İkinci uşaq barədə düşünmürəm” - Cavidin xanımı

“İkinci uşaq barədə düşünmürəm” - Cavidin xanımı

Aparıcı Cavid Gülün həyat yoldaşı Nərgiz Gül ailəsi və evliliyi ilə bağlı sualları cavablandırıb.

OLAY yazır ki, o instaqramda izləyicilərin necə tanış olmusunuz sualına bu şəkildə cavab verib: 

“2019-cu ildə qızlarla bir məkana getdim. Cavid də həmin məkanda dostları ilə əyləşmişdi. Mənim önümdə güzgü var idi, o isə arxada əyləşmişdi. Güzgüdən göz-gözə gəldik və bir neçə saniyəlik baxışma oldu. Evə gələndən sonra ona instaqramda yazdım və bir həftə yazışdıq. Sonra ilk görüşümüz oldu.  10 gün sonra evlilik təklif etdi və 3 ay sonra nişanlandıq”.

İzləyicilərin 2-ci uşaq dünyaya gətirmək barədə sualını isə o bu şəkildə cavablayıb:

“İkinci uşaq barədə düşünmürəm və yaxın 30 ildə də düşünməyəcəm. Xahiş edirəm bu barədə sual verməyin. Bu məsələ ilə bağlı yazanları bloka atacam”.