Aygün Kazımovanın çətin anları…

Aygün Kazımovanın çətin anları…

Toy məclislərinin birində Xalq artisti Aygün Kazımovanın başına iş gəlib.

OLAY yazır ki, estrada ulduzunun ifası zamanı qonaqlardan biri səhnəyə çıxıb.

Müğənniyə tərəf gedən şəxsin davranışı Xalq artistini narahat edib. Bu zaman səhnədə musiqiçi müdaxilə edərək həmin şəxsi göndərməyə çalışıb.

Estrada ulduzu daha sonra cangüdənə işarə verərək onu çağırıb.

Xoşagəlməz hadisəyə rəğmən, sənətçi və duet ortağı, meyxanaçı Namiq Qaraçuxurlu ifasına davam edib.

Bu anlar sosial mediada müzakirə yaradıb.