"Özümü aparıcı hesab etmirəm. İndi də elədir. Aktyor kimi fəaliyyət göstərirəm.
İncəsənət sahəsi olduğu və aparıcılıqda da aktyorluq lazım gəldiyi üçün rahatdır. O vaxtlar İlkin Həsəni əsgərliyə gedirdi, "ATV maqazin"ə onun yerinə məni dedilər.
Etiraz etdim: həm televiziyaya yeni gəlmişdim, həm də aparıcılıq nədir bilmirdim.
Gedib İlkinin atası ilə də görüşmüşdüm. Bir il apardım, heç razı deyildim. Bir təsəllim o idi ki, İlkin qayıdacaq".
Milli.Az xəbər verir ki, bu sözləri aktyor Elşən Orucov "Mədəni şou" proqramında deyib.
O, aparıcılığından danışaraq, bunun ürəyincə olmadığını deyib.
Elşən verilişlərin bir-birini təkrar etməsindən söz açıb:
(function(containerId) { if (typeof window.loadAdVideoZL === 'undefined') { window.loadAdVideoZL = new Promise((resolve, reject) => { import('/vast_test/main.js?20250529001') .then(module => { window.initAdVideoZL = module.default; resolve(window.initAdVideoZL); }) .catch(reject); }); } window.loadAdVideoZL.then((initAdVideoZL) => { initAdVideoZL(containerId); }); })('ad-video-container-68f759ba42787');"Nə tamaşaçını, nə televiziyada çalışanları qınamaq olur. Bəzi mətbəx məsələsi var: fikirləşirsən ki, kimisə çağırıb şəxsi məsələdən sual versəm baxılacaq.
Bunun üçün böyük məbləğ ödəyib, dekor düzəltmək lazım deyil.
Televiziyada verilişlər bir-birinə özlərini rəqib sayıb, eyni mövzunu çalxalayırlar.
Müəyyən müddətdən sonra tamaşaçıya maraqlı gəlməyəcək və boşluq yaranacaq.
Televiziyamızda keyfiyyətli, amma reytinqi olmayan verilişlər var. Onlar gəlib öz yerini tutacaq". (axsam.az)
Milli.Az

















