Ər və arvad üçün ayrı yataq otaqları normaya çevrilməlidir.
Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, bunu amerikalı aktrisa Kameron Dias deyib.
"Lipstick on the Rim" podkasti zamanı iştirakçılardan biri ərinin xoruldadığını etiraf edib. "Çarlinin mələkələri" (Charlie's Angels) filmindəki rolu ilə daha çox tanınan aktrisa bildirib:
"Mən bunu belə qəbul edirəm: mənim öz evim var, sənin evin var. Bir də ortada ailə evi var. Mən otağımda yatacağam. Yatmaq üçün öz otağına gedirsən. Bundan başqa, görüşə biləcəyimiz ortaq yataq otağımız olmalıdır".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun