Türkiyənin reytinqli layihələrindən olan "Ben Bu Cihana Sığmazam" serialında Azərbaycana aid kiçik epizod nümayiş olunub.
Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, ekran işində azərbaycanlı iş adamı rolunu canlandıran Emir Gardaşov ona "Azeri bebesi" deyilməsindən əsəbiləşir və əlindəki stəkanı həmin şəxsin başına çırpır.
Bu səhnə serialın ötən gün yayımlanan bölümündə yer alıb. Ekran işinin bu hissəsi sosial şəbəkələrdə yayılaraq müzakirə predmentinə çevrilib. Emir Gardaşov obrazını məşhur aktyor Ozan Akbaba canlandırır.
Serialda Emir Gardaşov dünyanın ən böyük 10 nəqliyyat şirkəti "Gardaşov Şirketler Grubu"nun sahibidir. Onun gəmiləri Azərbaycan neftini dünya ölkələrinə çatdırır. O həmçinin Türkiyədə də böyük işlərin sərmayəçisidir.
Xatırladaq ki, "Ben Bu Cihana Sığmazam" ilk dəfə tamaşaçılara 2022-ci ilin sentyabrında təqdim edilib. Əsas rolarda Oktay Kaynarca, Ebru Özkan, Pelin Akil, Burak Çelik, İsmail Demirci və Ozan Akbaba kimi tanınmış simalar yer alıblar.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun