Hazırda Ali Məhkəmənin plenumuna müraciət olunması ilə bağlı zəruri əsaslar yoxdur.
Milli.Az bildirir ki, bu sözləri Kult.az-a açıqlamasında "Drakon" ləqəbli aktyor Rza Rzayevin vəkili Səlahəddin Cəfərov deyib.
"Əfv məsələsi də gündəmdə deyil deyə, müraciət edə bilmirik. Nə zaman gündəmdə olsa, müraciət etməyi düşünürük", - o bildirib.
Qeyd edək ki, Rza Rzayev may ayının 18-i Tural Mirzəliyev və Ülvi Quliyevin şikayətləri əsasında 2 il müddətinə həbs edilib. Ötən gün isə Ali Məhkəmə Rza Rzayev haqqında Bakı Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun