Süd vəzi xərçəngindən əziyyət çəkən və noyabrın sonlarında əməliyyat olunan müğənni Sevda Əliqızı efirə çıxıb.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, qatıldığı proqramda sağlamlığına qovuşduğunu dilə gətirən müğənni qadınlara çağırış edib.
"İki il səhhətimə fikir vermədim və sinəmdə xərçəng aşkarlandı. Belə olmamaq üçün xanımlara efirdən səslənib deyirəm ki, mütləq zamanında müayinələrdən keçin. Əməliyyatım yaxşı keçdi, böyük bəladan xilas oldum",- deyən Sevda artıq özünü yaxşı hiss etdiyini bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun