Bred Pittin zərgərlik dizayneri İnes de Ramon ilə romantikası Bredin Ancelina Colidən boşandıqdan sonra ilk real münasibətidir.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə ulduzlara yaxın olan mənbə "People"a məlumat verib.
Cütlük bir ildir ki, birlikdədir. İlk dəfə paparazzilər 2022-ci ilin noyabrında konsertlərin birindən Pittlə Ramonun birlikdə fotolarını çəkiblər. Və bu əlaqələr hər gün daha da möhkəmlənir.
Doğrudur, ulduzlar nadir hallarda ictimaiyyət arasında birlikdə görünürlər.
Pittin dekabrın 18-də 60 yaşı tamam olub, Ramonun isə 19-da 34 yaşını qeyd edib.
Yeri gəlmişkən, sevgililər arasında yaş fərqi tamamilə görünməzdir. Pitt həmişə əsl yaraşıqlı kişiyə bənzəyir və Ramonun yanında o, ikiqat gənc görünür. Və bu, sevgililərin Los-Anceles restoranında baş tutan ad günü ziyafətdən əvvəl lentə alınan fotoşəkillərdə aydın görünür.
Pitt şənlik üçün boş qara şalvar və eklektik qızılı çaplı qara köynək seçib. Ramon isə krem rəngli mini libasda, ona uyğun yüngül şərflə möhtəşəm fiqurunu nümayiş etdirib. Amma əsas olan sevgililərin geyimləri deyil, onların parlaq simaları olub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun