Zövqü olmayan dəbdən danışır, gözəlliyi, şarmı, səliqəsi olmayan özünə qulluqdan danışır, qədim peşənin sahibi əxlaqdan, axmaq mənəviyyatdan, oğru dürüstlükdən, "looser" (şansı gətirməyən) uğurdan, kasıb milyoner olmağın sirləri haqqında, mənim kimi Masazırdan kanara çıxmayan səyahət haqqında, ağzının dadını bilməyən, qayğanağı günəbaxan yağında bişirən isə kulinariyadan danışır...
Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu sözləri məşhur aparıcı Hüsniyə Məhərrəmli sosial mediada yazıb. O, hər şey barədə məsləhət verən insanlardan bezdiyini dilə gətirib.
"Yaxşı, bəs mən nə haqda danışım?!", - o, yekunda qeyd edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun