"Sihirli annem" serialında Tuğçe obrazı ilə şöhrət qazanan aktrisa Damla Ersubaşı ağlayaraq şəxsi həyatı ilə bağlı paylaşım edib.
Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o narkotik maddədən istifadə etdiyini və qumar oynadığını etiraf edib.
"Narkotik maddə bataqlığına düşmüşdüm. Ərimin pullarını qumarda uduzmuşam", - deyə o qalmaqal doğuran açıqlama verib.
Qeyd edək ki, o, 2016-cı ildə ailə qurub. Aktrisa ikinci övladına hamiləykən ayrılıq qərarı alsa da, hazırda münasibətləri davam edir.
İsmayıl
Milli.Az