Türk musiqisinin divası Bülent Ersoy çox maraqlı açıqlama verib.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, Bülent Ersoy bir zamanlar sənət aləmində çox tanınmış, kazinoçular kralı Fahreddin Aslanla 3 il sevgili olduğunu deyib.
"Fahreddin məni çox döydü, amma yenə ona minnətdaram, çünki bunu mənim yaxşılığım üçün edirdi", - o vurğulayıb.
Qeyd edək ki, Fahreddin Aslanın bir çox ulduzların meydana çıxmasında çox böyük rolu olub. Adı dəfələrlə müxtəlif məşhurlarla sevgi macərasında hallanıb.
Fahreddin Aslanın oğlu Sacit Aslan isə Divanın bu açıqlamasına çox maraqlı cavab verib.
"Bülent Ersoy həm əsgər yoldaşım, həm də ögey anam olub", - o vurğulayıb.
Onlar birlikdə hərbi dəniz qüvvələrində xidmət ediblər.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun