Pərvizlə Türkanı biabr etdi: "Sanki ataları yazıb...” - VİDEO

Pərvizlə Türkanı biabr etdi: "Sanki ataları yazıb...” - VİDEO

"Pərvizlə Türkana halallıq vermirəm"

Bir zamanların məhşur meyxana ustası Nizami Rəmzinin duet ortağı qalmaqallı açıqlamaları ilə diqqət çəkib.

Milli.Az bildirir ki, Samirə adlı xanım sənətçi gənc həmkarlarının saymazlığından gileylənərək onları yerdən-yerə vurub.

Onun ittihamlarının mərkəzində isə meyxanaçı Pərviz Bülbülə ilə müğənnilər Damla və Türkan Vəlizadə olub.

"Bu mahnını Nizami ilə mən oxumuşam. Mahnımı oxudular, hətta Damla mənim geyimimin oxşarında. Sonra araları dəydi, Türkanla oxumağa başladı. Elə oxuyarlar, sanki ataları yazıb bu mahnını. O mahnının üstündə canımızı qoymuşuq. İcazə olmayan dövrdə oxumuşuq. Onlar bunun qarşılığında heç bir dənə çörək də alıb mənə gətirmədilər. Pərvizlə Türkana halallıq vermirəm".

Daha ətraflı sözügedən videomaterialda:

Hüseyn
Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun