“Ərimi başqa qadınla çılpaq tutdum” - FOTO

“Ərimi başqa qadınla çılpaq tutdum” - FOTO

Türkiyənin məşhur müğənnisi Bülent Ersoy illər sonra xəyanətlə bağlı etiraf edib.

Milli.Az olay-a istinadən yazır ki, bu barədə o, "Dünya güzellerim masada" yutub layihəsində danışıb. Ersoy deyib ki, iki dəfə xəyanətə məruz qalıb:

"Keçmiş ərim Cem Adler xəyanət etdi. Bir jurnalist dostum var, zəng etdi ki, ərinizi filan yerdə bir qadınla görüntüləmişik. Ora da İzmirdə idi. Dedim, ola bilməz, mən İzmirdən yeni qayıtmışam. Söylədi ki, Bülent xanım, görüntüləri var. Onda heç nə deyə bilmədim. Qayıtdım İzmirə. Evinə getdim, anasından soruşdum ki, haradadır, demədi. Getdim, jurnalistlərin onu çəkdiyi yerə. Qapını döydüm, açan olmadı. Qapıya təpik atdım, qırılıb açıldı. İçəri girəndə gördüm ki, bu da, yanındakı da çılpaqdı. Məni görüb üstlərini örtdülər. Örtüyü çəkəndə baxdım ki, heç paltarları yoxdur. O an qəzəblə masadakı bıçağı əlimə götürdüm. Dedim, nə qədər vaxtdır bu davam edir. Söylədi ki, mən heç nə etməmişəm. O an inanarammı? Çılpaq tutmuşam, nə inkar edəcək. Tez boşadım onu. Sonra digər həyat yoldaşım Armağan da mənə xəyanət eləmişdi. O da intim məsələlərə düşkün idi. İndi evlidir, ondan danışmağım düzgün olmaz, amma onun da bu cür səhvləri olmuşdu. Eynilə qısa zamanda boşandım. Hətta 1 il keçmədən boşanmaq olmazmış, mən hakimdən xahiş etdim, necəsə boşadılar bizi. Nə edəcəkdim? Yanımda saxlamalıydım?".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun