Bir müddət əvvəl aktyor İbrahim Çelikkolun həmkarı və yaxın dostu Birce Akalayın çiynindən öpərək ona təşəkkür etməsi müzakirələrə səbəb olmuşdu.
Milli.Az baku.ws-ə istinadən bildirir ki, Birce yayılan bu görüntülərlə bağlı ilk dəfə danışıb.
"Nə qəribədir. Bu bizim təbiətimizdir. Siz dostunuzla heç belə olmadınız? Bizimki qardaşlıqdır" - deyərək, Birce reaksiya verib.
Xatırladaq ki, bir müddət əvvəl baş rollarda Birce Akalay, Miray Daner və İbrahim Çelikkolun yer aldığı internet platformasında yayımlanan "Kuş Uçuşu" serialının ikinci sezonunu qeyd etmək üçün komanda yeməyi təşkil edilib. Yeməkdən əvvəl İbrahim Çelikkol, Birce Akalay, İrem Sak, Miray Daner və Şifanur Gül mətbuatın suallarını cavablandırıb. ibrahim Çelikkol Birce Akalayı qucaqlayaraq çiynindən öpüb. Cütlüyün bu hərəkətinə şərhlər yağdırılıb və müzakirələrə səbəb olub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun