Bu qalmaqal instaqramın gündəmindədir!

Bu qalmaqal instaqramın gündəmindədir!

İnfluenserlər Aysel Şükür və Elmira Namazova arasındakı qalmaqal yenidən alovlanıb. 

OLAY yazır  ki, bununla bağlı birinci paylaşımı influenser Aysel Şükür edib. O, ad çəkmədən bir cütlüyün onun haqqında danışdığını, səhifə açıb, nəsə şərh yazdığını iddia etdiklərini deyib: 

“Yadınıza gəlirsə, bir səhifə var idi. Mənim haqqımda də nələrsə yazırdı. Mən o səhifənin adminini tapdım, oğlan idi, Rusiyada yaşayırdı. Bu cütlük deyib ki, guya o səhifələri mən açmışam. Mənim sözüm olanda layiqincə buradan deyirəm. Necə ki, sizin saxta həyat yaşadığınızı yazmışam”. 

Bundan əlavə A. Şükür sözügedən cütlüyün digər blogerlərin şəxsi həyatları haqqında şayiələr yaydığını, hamının yanında qeybətlərini etdiklərini bildirib. Ayselin iddialarına görə, həmin cütlük öz şəxsi həyatları ilə bağlı da bir sıra yalanlar danışıb. A. Şükür ittihamlarına davam edərək sözügedən şəxslərin əslində məktəb vaxtından bir-birilərini sevməkdiklərini, bunun yalan olduğunu iddia edib.

İnfluenser yazıb ki, onlar onunla bağlı da başqa şəxslərin yanında danışıb, hətta övladı ilə bağlı da xoşagəlməz ifadələr səsləndiriblər. Ayselin digər ittihamlarındı isə bildirilir ki, həmin cütlüyün yarışlarında saxtakarlığa yol verilib, hədiyyə qazananları öz proqramları ilə seçib, insanları aldadıblar. Hətta bloger iddia edib ki, cütlüyün reklam etdikləri arıqlama çayları da sağlamlığa zərərdir, özləri həmin çaylarla yox, əməliyyatlarla arıqlayıblar, o məhsulu da Türkiyədən gətirib özləri satırlar. 

Bundan da əlavə Aysel və keçmiş həyat yoldaşı Oqtay bildirib ki, onlar boşanan ərəfədə həmin bloger cütlük Oqtayın anası ilə rastlaşıb və “Yaxşı canını qurtardı. Biz də ondan canımızı qurtardıq” kimi fikirlər səsləndiriblər.

Bütün bu iddialardan sonra Aysel sözügedən şəxsin əmisi oğlunun gecəyarısı onun anasına zəng etdiyini söyləyib. 

Daha sonra E. Namazova instaqram səhifəsindən açıqlama yayıb. 

O bildirib ki, əslində qalmaqala girməyi sevməsə də, bu söhbətlərin yaxşı yerə getmədiyini görərək açıqlama vermək istəyib:

“Qarşı tərəf bəlkə də mənim susacağımdan əmin olduğu üçün böhtanlara, şərlərə davam edir. Bununla səyahətimizdən qayıdandan sonra qanuni yolla maraqlanacağıq. Ailəm, nəslim-köküm haqqında heç bilmədiyim şeyləri ömrümdə adlarını da eşitmədiyim insanlardan eşidirəm. Bəlkə də özləri yazır, bilmirəm. Düzgün deyil. Lap düzgün belə olsa, mənim ailəm, şəxsi həyatımdır. Heç kəsə aidiyyəti yoxdur. Onun anasına hörmətim, sevgim var. Çünki nələrisə bölüşmüşük. Özü bilir ki, qızının hansı vaxtında ona təmənnasız dəstək olmuşam. Yeni ana olduğum vaxtlar idi. Tural Bakıda deyildi, hər gün taksi ilə gedib gəlirdim. Ona da demirdim ki, nələr baş verib. Nələrin baş verdiyini də demirəm. Bunu öz anamın, bacımın, qardaşımın yanında belə danışmamışam. Susuram, çünki o da bir anadır. Amma mən də bir anayam, icazə vermərəm ki, şəxsiyyətimə xələl gəlsin. Mən danışsam, faktlarla, sübutlarla paylaşacam. Ki o yerə gəlib çıxmaq qətiyyən istəmirəm. Turalın məndən əvvəl 10 istədiyi qız olsa da, deyərdim. Bunda nə ayıb bir şey var ki? Onsuz da bizi tanıyanlar bilirlər ki, məktəb vaxtlarından Turalın mənə qarşı hissləri olub. Sonra deyirlər ki, bacım xalam qızıymış. Nə qədər gülməlidir, nə qədər axmaq olasan ki, 3 uşağın ola, bir də bacımın uşağını övladlıq götürəsən. Onun şəxsiyyət vəsiqəsini da paylaşacam. Demək olar, özü də mənim yarışlarda hər qalib seçimimdə yanımda olub. Birgə onlarla yarış etmişik, qalib seçmişik, eyni proqramdan istifadə eləmişik. Hər qalibin evinə girmişəm. Rayona maşın aparmışam, qapıma kim gəlibsə, demişəm çoxlu adamla gəlin. 50 maşın vermişik, hər birini də paylaşmışıq”.

Bundan əlavə Elmira vurğulayıb ki, haqqında yazılanlarla bağlı hüquqi işlərə başlayacaq.