Xəbər verdiyimiz kimi, "FOX TV"nin "Kızıl goncalar" serialı yayımlandığı ilk bölümdən etibarən gündəmi zəbt edib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu dəfə ekran işinin afişasına hücum edilib. Şişlidə kimliyi bəlli olmayan şəxs və ya şəxslər afişanın üzərinə qara boya spreyi sıxıblar. İlkin məlumata görə, hücum layihədə bəhsi keçən dini mövzuların yanlış təbliğinə etiraz məqsədi ilə edilib.
Bununla belə serialda rol alan aktyorların təhlükəsizliyi üçün çəkiliş meydançasında bəzi tədbirlər görülüb.
Həmçinin, 2 məkan hazırda serialın orada çəkiliş aparmasından imtina edib.
Qeyd edək ki, ekran işindəki bəzi nüanslarla bağlı "RTÜK"ə (Türkiyədə Radio və Televiziya Ali Şurası) şikayət edilib.
Serialın baş rollarını Özgü Namalla Özcan Dəniz canlandırır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun