Şəhid xəbərini səhnədə alan müğənni... - VİDEO

Şəhid xəbərini səhnədə alan müğənni... - VİDEO

Xəbər verdiyimiz kimi, dünən İraqın şimalında - "Pəncə-Kilid" əməliyyatı bölgəsində - Türkiyə Silahlı Qüvvələrinin 6 hərbi qulluqçusu şəhid olub, 1 nəfər yaralanıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, ondan bir gün öncə də Türkiyə ordusu həmin bölgədə 6 şəhid vermişdi.

2023-cü ilin son günlərində ardıcıl konsertlər verən türkiyəli məşhur müğənni Ajda Pekkan şəhid xəbərini səhnədə alıb. Bu xəbərdən sonra məşhur ulduz oynaq mahnıları dayandırıb və Türkiyə bayrağının müşayiəti ilə emosional mahnılar oxumağa başlayıb.

Müğənninin bu hərəkəti izləyicilər tərəfindən alqışla qarşılanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun