Məşhur bəstəkar Raymond Pauls Rusiyanın estrada müğənnisi Alla Puqaçova ilə çətin münasibətindən danışıb.
Milli.Az lent.az-a istinadən xəbərinə görə, sənətçinin bir çox mahnılarının müəllifi olan musiqiçi münasibətlərində "onunla hər şeyin heç də asan olmadığını" söyləyib və bəzən uzun müddət danışmadıqlarını, çünki "onun hər cür davranışı olduğunu" qeyd edib.
"Allanın belə bir xasiyyəti var. Çətin, kaprizli, anlaşılmaz. Hamının bundan xəbəri var idi, xüsusilə də içdisə onunla ünsiyyət mümkün olmurdu", - o vurğulayıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun