“İlk filmdən sonra özümü görməmiş kimi aparırdım”

“İlk filmdən sonra özümü görməmiş kimi aparırdım”

Tanınmış aktrisa Nurgül Yeşilçay proqramlardan birində keçmiş xatirələrini paylaşıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, ilk dəfə "Asmalı konak" serialına çəkildikdən sonra məşhurlaşan aktrisaya "Melekler adası" adlı serialdan dəvət gəlib.

Bu filmə çəkilmək üçün ona külli miqdarda pul təklif edilib. Aktrisa avans olaraq ömründə görmədiyi qədər qonorar aldığını deyib.

"Rejissor dedi, ilk dəfə çəkildiyin filmin 10 qat artığı qdərə sənə pul verəcəm. Dərhal razılaşdım. Kasıb idim. O qədər pul verdilər, anında qudurdum. Ona qədər bu qədər pulu yuxumda belə görməmişdim. Pulu aldım, getdim avtomobil satan lüks bir mağazaya. Dedim ən bahalısı hansıdırsa onu ver. Xoşbəxtlikdən həmin serial uğurlu alındı", - o qeyd edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun